Eddi İsrafilovun meydana daxil olması düşərli olmadı VİDEO

11:49 - 5 Mart 2017

İspaniya Sequndasında 28-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” səfərdə “Ovyedo” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Millimizin üzvü oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Ancaq çox çəkməyib ki, baş məşqçi Alvaro Servera Eddinin xidmətinə ehtiyac duyub. Belə ki, mütəxəssis Eddini matçın 31-ci dəqiqəsində, qarşılaşmada “Kadis”in yeganə qoluna imza atmış Servando Sançesin əvəzinə meydana buraxıb. İsrafilovun meydana çıxmasından sonra 2 qol buraxan “Kadis” səfərdən xalsız qayıdıb.

 

Bu oyundan sonra hesabında 44 xal olan “Kadis” 22 komanda arasında 5-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti