Hollandiya millisinin yeni baş məşqçisi Dik Advokat olacaq.
Sportal.az xəbər verir ki,Hollandiya Futbol Federasiyası bununla bağlı çərşənbə günü rəsmi açıqlama yayacaq. 69 yaşlı mütəxəssislə 2017-ci ilin noyabr ayına qədər müqavilə imzalanacaq. Əgər komanda DÇ-2018-in final mərhələsinə vəsiqə qazansa, onunla müqavilənin müddəti artırılacaq.
Advokat mövsüm başa çatan kimi "Fənərbaxça"dan ayrılaraq millinin "sükanı arxası"na keçəcək. Onun köməkçisi Ruud Qullit olacaq.
Qeyd edək ki, Hollandiya DÇ-2018-in seçmə mərhələsində A qrupunda mübarizə aparır və 5 turdan sonra 7 xalla 6 komanda arasında 4-cüdür.
saytlarin hazirlanmasi