Millimizin rəqibinin baş məşqçisi Çin yığmasında?

14:24 - 9 May 2017

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün Çin milli komandasının “sükanı arxası”na keçəcəyi haqda xəbərlər yayılmışdı.

 

Sportal.az xəbər verir ki, Çin Futbol Federasiyası təcrübəli çalışdırıcı ilə bağlı iddialara aydınlıq gətirib:

 

“Xarici mətbuatda Yoahim Lövün Çin yığmasını çalışdıracağı haqda məlumatlar var. Bu məlumat isə doğru deyil. Hazırda yolumuza Marçelo Lippi ilə davam edirik və o, dünya çapında tanınan məşqçidir. Lippiyə sona qədər güvənirik”.

 

Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya yığmasının “sükanı arxası”ndadır.

Xəbər xətti