Hollandiya Erediviziyasının qalibi müəyyənləşdi

18:27 - 14 May 2017

Hollandiyada 2016/17 mövsümünün adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, "Feyenoord"  çempionluğu bayram edib. Rotterdam təmsilçisi sonuncu tur çərçivəsində öz meydanında "Herakl"ı qəbul edib. Dirk Kuytun qolları ilə rəqibini 3:1 hesabı ilə məğlub edən "Feyenoord" xallarının sayını 82-ə çatdırıb və əsas rəqibi "Ayaks"ı 1 xal qabaqlamaqla çempion olub. 

 

Qeyd edək ki, "Feyenoord" sonuncu dəfə 1998/99 mövsümündə çempion olmağı bacarmışdı. 

Xəbər xətti