Sabiq "Qarabağ"lı mövsümü bombardirlər sırasında başa vurdu

10:55 - 15 May 2017

Holandiya Eredviziyasında 2016/17 mövsümünə yekun vurulub. “Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros çıxış etdiyi "Herakles" klubunda 19 vurmaqla mövsümü bombardirlər sırasına başa vurub.

 

Sportal.az xəbər verir ki, Armenteros yalnız “Feyenoord”un hücumçusu Nikolay Yorgensendən (21 qol) və "Vitess"in forvardı Rikki van Volfsvinkeldən geri qalıb.

 

Nikolay Yorgensen ("Feyenoord") - 21 qol

Rikki van Volfsvinkel ("Vitess") - 20 qol

Reza Qoçannedjat ("Herenven") - 19 qol

Samuel Armenteros ("Herakles" - 19 qol

Enes Ünal ("Tvente" - 18 qol

Mimun Mahi ("Qroningen") - 17 qol

Kasper Dolberq ("Ayaks") - 16 qol


Qeyd edək ki, 2015/2016 mövsümündə "Qarabağ"da çıxış edən 26 yaşlı hücumçu 23 oyuna 7 qol vurub.

Xəbər xətti