Cari mövsüm “Hoffenhaym” forması ilə uğurlu mövsüm keçirən Kərəm Dəmirbay uğrunda mübarizə davam edir. Türk əsilli oyunçunun Almaniya, yoxsa Türkiyə millisinin formasını geyinəcəyi maraqla gözlənilir.
Sportal.az xəbər verir ki, Fatih Terimin israrla “ay-ulduzlu” formanı geydirmək istədiyi 23 yaşlı futbolçunun xidmətində Yahim Löv də maraqlıdır. Almaniya mətbuatında yer alan məlumata görə “bundestim” Kərəmi Konfederasiyalar Kubokunda heyətə cəlb edək.
Lakin türkiyəli yarımmüdafiəçi artıq seçimini edib. Dəmirbay Türkiyə millisini seçib.
Qeyd edək ki, geridə qalan mövsümdə “Hoffenhaym” forması ilə 27 oyun keçirən yarımmüdafiəçi 6 qola imza atıb və 9 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi