Topaz Premyer Liqasının 4-cü turu “Qarabağ” üçün tarixi qələbəylə əlamətdar olub.
Sportal.az xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Bu, “Sumqayıt”la matça təsadüf edib. Qurban Qurbanovun yetirmələri “Azərsun Arena”da 1:0 hesablı qələbə qazanıb. Ölkə çempionatlarında öz meydanında keçirdiyi 370-ci matçda “250”-ni fəth edən klub 67,6 faizlik qələbə əmsalına malikdir.
“Qarabağ” bu göstəricidə Azərbaycanın mütləq rekordçusudur. Əyalət təmsilçisinin ən yaxın izləyicilərindən “Neftçi” 236, “Kəpəz” 173 ev qələbəsinə malikdir.
saytlarin hazirlanmasi