Mövsümə uğursuz başlayan "Monako" yeni baş məşqçisi Tyerri Anrinin gəlişindən sonra hələ ki, qələbə qazanmayıb.
Sportal.az xəbər verir ki, fransız mütəxəssis problemlərdən danışıb:
"Çox ağır vəziyyətə düşmüşük. Bunun taktika ilə bağlılığı yoxdur. Biz futbol oynamırıq. Bu vəziyyət arzu ilə bağlıdır. Futbolçularım oynamaq istəmirlər. Belə vəziyyətdə qələbə qazanmaq çətindir. Azarkeşləri anlayıram. Yenidən əvvəlki vəziyyətə qayıtmalıyıq. Bu komandanın nələrə qadir olacağını bilməsəydim, gəlməzdim".
Qeyd edək ki, Anri "knyazlıq klubu"nda istefa vermiş Leanrdu Jardimi əvəzləyib.
saytlarin hazirlanmasi