PSJ-nin kapitanının evi talan olundu: 1 milyonluq ziyan

17:57 - 24 Dekabr 2018

PSJ-nin kapitanı Tyaqo Silva şok xəbərlə üzülüb.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçinin evi qarət edilib. Hadisə PSJ-nin "Nant"a 1-0 hesabı ilə qalib gəldiyi oyun günü baş verib. Quldurlar 34 yaşlı futbolçunun evindən 600 min avroluq ləl-cəvahiratları talayıblar. Bundan əlavə, Silvanın passportunun olduğu çanta da oğurlanıb.

 

Futbolçuya ümumilikdə 1 milyon avro ziyan dəyib.

Xəbər xətti