Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” - “Neftçi” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Sabah” - “Qəbələ” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 83-cü dəqiqəsində “Sabah” klubunun futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Keşlə” - “Qarabağ” matçında “Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 89-cu dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.
saytlarin hazirlanmasi