Neymarın PSJ-dən ayrılması üçün lazım olan məbləğ müəyyənləşib.
Sportal.az xəbər verir ki, 2020-ci ilin yayında hansısa klub braziliyalı futbolçu üçün 160 milyon avro ödəsə, müqavilədəki şərtə görə, Neymarın sərbəst qalma şərtlərini qarşılamış olacaq. AS nəşrinin məlumatına görə 2020-ci ildə 28 yaşına girəcək ulduz futbolçu "Barselona"ya qayıtmağı planlaşdırır.
Qeyd edək ki, PSJ Neymarı 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan transfer edib.
saytlarin hazirlanmasi