Cənub RFF 2018-ci ilin ən yaxşılarını müəyyənləşdirdi

20:00 - 26 Dekabr 2018

Cənub Regional Futbol Federasiyası regionu təmsil edən rayonlarda klub, idarə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla, ilin ən yaxşılarını müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, ümumilikdə, 9 nominasiyada ən yaxşılar seçilib:

 

1. İlin Futbol komandasi 
“Alyans” (Cənub Regional Futbol Federasiyasi) Region Liqası

 

2. Bölgədə ilin hadisəsi 
Lənkəran Olimpiya kompleksinin istifayədəyə verilməsi.

 

3. İlin ən gənc (bombardirləri) futbolçuları 
AFFA-nın cənub regionunun müxtəlif yaş qurupları üzrə Lənkəran və Cəlilabad şəhərində keçirilən yarışların nəticələrinə əsasən, U-10 Liqası - Sadiq Abdulov (25 qol); “Zirvə-Lənkəran” - Məhəmməd Sultanzadə (23 qol); UGİM Astara - ZakirƏliyev (23 qol); “Məhsul” Cəlilabad U-11 Liqası - Heydər Qurbanov (22 qol); “Ərkivan” Masallı - Kərim Tagiyev (21 qol); Masallı U-12 Liqası - Rza Bəşirov (11 qol); UGİŞM Masallı -Elcan Sultanli (11 qol); “Məhsul” Cəlilabad U-13 Liqası - Murad Kərimov (13 qol); “Xəzər-Lənkəran” - Elmar Məmmədov (10 qol);

 

4. İlin ən yaxşı futbol məşqçiləri 
Röyal və Xəyal Abbasovlar - “Zirvə-Lənkəran”; Ümüd Hüseynov - “Boradigah” Masallı; Cavid Quliyev - “UMUD” Cəlilabad (Region Liqası)

 

5. İlin ən fəal rayon federasiya nümayəndəsi 
Seyfəddin Əliyev - Cəlilabad; Rövşən Süleymanov - Masallı; Afaq Qurbanov - Astara.

 

6. İlin idman təşkilatı 
Lənkəran UGİ Məktəbi

 

7. Cənub regionunda futbol xəbərlərini işıqlandıran ilin ən yaxşı KİV-ləri: 
Komanda.az saytı, ZirveİK.com

 

8. Uşaq futbolunun inkişafında göstərdiyi xidmətlərə görə seçilən ilin ən yaxşı lahiyəsi
Açıq Əyləncəli Futbol Məktəbi (AƏFM) lahiyəsinin Azərbaycan nümayəndəliyi

 

9. Yubileyi qeyd olunan bölgənin veteran futbolçuları 
İsmayılov Fərman - 70 yaş, Heydərov Əlisahib - 70 yaş (dünyasını dəyişib)

Xəbər xətti