Türkiyə millisinin sabiq üzvü Kolin Kazım Riçardsın yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, futbolçu karyerasını Meksikada davam etdirəcək. Belə ki, "Verakrus" klubu 32 yaşlı hücumçunu rənglərinə bağlayıb. Kazımla mövsümün sonuna kimi müqavilə bağlanılıb.
Qeyd edək ki, Kazım 2007-2015-ci illərdə Türkiyə millisində çıxış edib. Hücumçu "Brayton", "Şeffield Yunayted", "Fənərbaxça", "Qalatasaray", "Olimpiakos", "Bləkbörn", "Olimpiakos", "Bursaspor", "Feyenoord", "Seltik", "Koritiba" kimi klublarda çıxış edib. Onun son klubu Meksika "Lobos"u olub.
saytlarin hazirlanmasi