"Borussiya" futbolçusunu icarəyə verdi

13:01 - 28 Dekabr 2018

Dortmundun “Borussiya” klubu yarımmüdafiəçisi Sebastyan Rodeni icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Bundesliqanın digər təmsilçisi "Ayntraxt"da davam etdirəcək. Almaniyalı futbolçu "Frankfurt" klubunda mövsümün sonuna kimi çıxış edəcək.

 

Qeyd edək ki, Rode "Borussiya"ya 2016-cı ildə "Bayern"dən keçmişdi.

Xəbər xətti