"Liverpul"un sabiq futbolçusu Argentina klubunda

00:55 - 29 Dekabr 2018

Argentina millisinin sabiq futbolçusu Maksi Rodriqesin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. Təcrübəli futbolçu yetirməsi olduğu "Nyuellz Old Boyz" klubuna geri dönüb. Maksi karyerasına başladığı klubda 11 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Rodriqes Avropada "Espanyol", "Atletiko" (Madrid) və "Liverpul"da uğurlu karyera yaşayıb. O, peşəkar karyerasına 1999-cu ildə "Nyuellz Old Boyz"da başlamış və 2002-ci ildə "Espanyol"a üz tutmuşdu. Rodriqes 2005-2010-cu illərdə "Atletiko"da, 2010-2012-ci illərdə isə "Liverpul"un şərəfini qoruyub. Argentinalı futbolçu 2012-2017-ci illərdə "Nyuellz Old Boyz"da çıxış edib. O, son olaraq Uruqvayın "Penyarol" klubunda oynayıb.

Xəbər xətti