"Çelsi" "Borussiya"nın yarımmüdafiəçisi Kristian Pulişiçi transfer edib.
Sportal.az xəbər verir ki, London klubu bu keçid üçün Dortmund təmsilçisinə 64 milyon avro təzminat ödəyəcək. ABŞ millisinin üzvü "Çelsi"yə 2019-cu ilin yayında qoşulacaq.
"Borussiya"nın idman direktoru Mixael Çork 20 yaşlı futbolçunun "Çelsi"yə keçdiyini açıqlayıb: "Kristianın Premyer Liqada oynamaq həmişə xəyalı olub. Biz onunla müqaviləni uzada bilmədik. Biz "Çelsi"nin sərfəli təklifini qəbul etməli olduq".
Qeyd edək ki, Xorvatiya əsilli yarımmüdafiəçi peşəkar karyerasına "Borussiya"da başlayıb. O, Bundesliqada 81 oyuna 10 qol vurub, 13 assist edib.
saytlarin hazirlanmasi