Hollandiyanın "Ayaks" klubu heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi Argentinanın "Boka Xuniors" klubundan Lisandro Maqalyanı transfer edib. 25 yaşlı müdafiəçinin keçidi "Ayaks"a 9 milyon avroya başa gəlib.Onunla 4,5 illik müqavilə imzalanıb.
Maqalyan yeni klubuna 16 nömrəli formada çıxış edəcək.
saytlarin hazirlanmasi