"Milan" 35 milyon avroluq transferini rəsmən açıqladı

22:48 - 4 Yanvar 2019

"Milan" qış transfer pəncərəsində ilk keçidini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Braziliyanın "Flamenqo" klubundan Lukas Paketanı transfer edib. 21 yaşlı futbolçunun keçidi 35 milyon avroya başa gəlib. Pleymeykerlə 3,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Paketa ötən ildən Braziliya millisinə dəvət alır.

Xəbər xətti