"Fənərbağça"dan ilk transfer

00:00 - 5 Yanvar 2019

Super Liqada çətin günlər keçirən "Fənərbağça" ilk transferini reallaşdırıb.

 

Sportal.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Yeni Malatyaspor"un müdafiəçisi Sadık Çiftpınarı rənglərinə bağlayıb. 26 yaşlı müdafiəçinin keçidi üçün "sarı-lacıvərdlilər" qarşı tərəfə 1,3 milyon avro və Barış Alıcıyla Yiğithan Güvenlini icarəyə verib.

 

Qeyd edək ki, Çiftpınar 2015-ci ildən "Yeni Malatyaspor"da çıxış edirdi.

Xəbər xətti