İstanbul klubu Robinyonun transferini rəsmən açıqladı

17:44 - 5 Yanvar 2019

"Sivasspor"dan çıxış edən Braziliya millisinin sabiq futbolçusu Robinyonun "Başakşəhər"ə transferi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu Super Liqanın lideri ilə 1,5 illik müqavilə bağlayıb. İstanbul təmsilçisi bu keçid üçün 2 milyon avrosundan keçib. Robinyo açıqlamasında "Başakşəhər"lə Türkiyə çempionu olmaq istədiyini dilə gətirib: "Daha bir xəyalı gerçəkləşdirməyə gəldim. "Başakşəhər çempionluğa ən böyük namizədlərdən biridir. Bu klubla böyük uğurlar qazanmaq istəyirəm. "Başakşəhər" oyun tərzimə uyğun olan komandadır".

 

Məşhur futbolçu "Sivasspor"a da təşəkkür edib: "Sivasspor"a təşəkkür edirəm Orada çox yaxşı qarşılanmışdıq. Orada gözəl anlar yaşadım".

 

Qeyd edək ki, 2017-ci ilin əvvəlində "Sivasspor"a keçən Robinyo Sivas klubunda 30 oyuna 12 qol vurub, 5 assist edib.

Xəbər xətti