Dieqo Qodinin yeni klubu bəlli oldu

18:52 - 5 Yanvar 2019

"Atletiko" təcrübəli müdafiəçisi Dieqo Qodinlə yolları ayıracaq.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü mövsümün sonunda Madrid klubu ilə başa çatacaq  müqaviləsini uzatmayacaq. 32 yaşlı futbolçu "İnter"lə anlaşıb. Qodin yayda İtaliya klubu ilə iki illik müqavilə bağlayacaq. O, Milan təmsilçisinə azad agent statusu ilə keçəcək.

 

Qeyd edək ki, "Atletiko" Qodini 2010-cu ildə "Vilyarreal"dan 8 milyon avroya transfer edib.

Xəbər xətti