Remzinin yeni klubu məlum oldu

12:38 - 10 Yanvar 2019

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzinin yeni klubu bəlli olub.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, uelsli yarəmmüdafiəçi "Yuventus"la anlaşıb. Remzi yayda Turin klubuna qoşulacaq.

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2008-ci ildə "Kardiff Siti"dən "Arsenal"a keçmişdi.

Xəbər xətti