"Lester Siti"nin futbolçusu Türkiyə klubunda

14:34 - 10 Yanvar 2019

"Lester Siti" hücumçusu Fussen Diabateni icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. Malili futbolçu mövsümün sonuna qədər Super Liqa təmsilçisi "Sivasspor"da çıxış edəcək.

 

Qeyd edək ki, Diabate 2018-ci ilin yanvarında "Ayaçço"dan "tülkülər"ə keçmişdi.

Xəbər xətti