"Sumqayıt"ın Türkiyənin Antalya şəhərində ikihəftəlik təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, Ayxan Abbasovun komandası ilk olaraq yanvarın 15-də Qazaxıstanın "Jetısu" klubuyla qarşılaşacaq.
Bundan 4 gün sonra Bosniya və Herseqovinanın "Çelik" klubuyla görüş olacaq. "Gənclik şəhəri"nin təmsilçisi yanvarın 22-də Makedoniyanın "Vardar" klubuyla oynayacaq. Nəhayət, yanvarın 26-da rəqib Serbiyanın "Zemun" klubu olacaq.
Qeyd edək ki, "Sumqayıt"ın Antalya toplanışı yanvarın 13-dən 27-dək baş tutacaq.
saytlarin hazirlanmasi