"Real" 17 yaşlı futbolçu aldı

11:06 - 11 Yanvar 2019

"Real" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "kral klubu" "Malaqa"nın müdafiəçisi Xose "Çeçu" Martinesi rənglərinə bağlayıb. 17 yaşlı futbolçunun müqavilə şərtləri barədə məlumat verilməyib.

 

Qeyd edək ki, "Çeçu" İspaniyanın U-17 millisinin üzvüdür. Futbolçu "Real"ın B komandasında çıxış edəcək.

Xəbər xətti