"Monako" Sesk Fabreqası "Çelsi"dən transfer edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispan futbolçu Fransa təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. Bu keçid "knyazlıq klubu"na 10 milyon funt-sterlinqə başa gəlib. 31 yaşlı yarımmüdafiəçi yeni klubunda 44 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Fabreqas 2014-cü ildən "Çelsi"də çıxış edirdi.
saytlarin hazirlanmasi