"Sevilya" "Barselona"nın futbolçusunu transfer etdi

00:39 - 12 Yanvar 2019

"Barselona" futbolçusu Munir El-Haddadiylə yolları ayırıb..

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu "Sevilya"ya transfer olub. Mərakeş əsilli futbolçunun keçidi əndəlüsiyalılara 1,05 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, El-Haddadinin müqaviləsi mövsümün sonunda başa çatırdı. O, "Valensiya" və "Alaves" klublarında icarə əsasında çıxış edib.

Xəbər xətti