"Spartak"dan ayrılan Azərbaycan əsilli futbolçu Aleksandr Səmədovun yeni klubu rəsmən açıqlanıb.
Sportal.az xəbər verir 34 yaşlı yarımmüdafiəçi kayerasını "Krılya Sovetov" klubunda davam etdirəcək. Səmədov yeni klubunda 19 nömrəli forma altında çıxış edəcək. Müqavilə in şərtləri barədə məlumat verilməyib.
Rusiya millisindəki karyerasını dünya çempionatından sonra başa vuran Səmədov yetirməsi olduğu "Spartak"la yanaşı, "Lokomotiv", "Dinamo", "Moskva" klublarında da çıxış edib.
Qeyd edək ki, millimizin üzvü Ramil Şeydayev də "Krılya Sovetov"da oynayır.
saytlarin hazirlanmasi