Kuarejma üç oyunluq cəzalandı

17:28 - 1 Mart 2019

UEFA "Beşiktaş"ın futbolçusu Rikardu Kuarejmanı cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində keçirilən "Beşiktaş" - "Malmö" matçında (0:1) qırmızı vərəqə alan portuqaliyalı ulduz futbolçu üç oyunluq cəza alıb. 

 

Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi sözügedən matçda rəqibə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə almışdı.

Xəbər xətti