Azərbaycanlı idmançının olimpiya medalı əlindən alındı

18:57 - 29 Mart 2019

Azərbaycanı təmsil edən ağırlıqqaldıran Valentin Xristov 2012-ci ildə London olimpiadasında qazandığı bürünc medaldan məhrum edilib.

 

Sportal.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İntizam Komissiyası Xristovun olimpiada vaxtı antidopinq qaydalarını pozduğunu ortaya çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Bununla da, bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.

 

Xristovun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın həmin yarışda 4-cü olmuş Tran Le Kuok Toana (Vyetnam) verilməsi qərara alınıb.

Xəbər xətti