Fərid Nəbiyev het-trik etdi, Çexiyada bombardir oldu

15:38 - 1 Aprel 2019

Çexiya Gənclər Liqasında pley-off mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya" klubu ilk oyununu səfərdə keçirib  

 

Praqa təmsilçisi "Teplitse"nin qonağı olub. Görüş paytaxt komandasının böyükhesablı qələbəsi ilə başa çatıb. "Slaviya" futbolçuları rəqibinin qapısından 7 cavabsız top keçirib.  

 

Həmyerlimiz bu görüşə start heyətdə başlayıb və uğurlu oyunu ilə yadda qalıb. Görüşü əvəzlənmədən keçirən "Qəbələ Futbol Akademiyası"nın yetirməsi het-trik edib. Milli komandamızın üzvü 49,78 və 82-ci dəqiqələrdə fərqlənib. Bundan əlavə, Fərid daha iki qolun məhsuldar ötürməsini veriib. 

 

Qeyd edək ki, bununla da Fərid Nəbiyev bu mövsüm vurduğu qolların sayını 15-ə çatdırıb. Həmyerlimiz həm komandasının, həm də çempionatın bombardiridir. 

Xəbər xətti