Elşad Əhmədov: "Qəbələdən xalla qayıtmaq bizim üçün yaxşı nəticədir"

16:59 - 1 Aprel 2019

"Maraqlı oyun keçdi. "Qəbələ"nin bizə qarşı aqressiv oynayacağını gözləyirdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqanın 22-ci turunun "Qəbələ" ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Heç-heçəni şərh edən mütəxəssis nəticənin qənaətbəxş olduğunu bildirib: "Rəqib ikinci hissədə daha yaxşı oynadı. Uşaqlara meydanda daha hərəkətli olmağı tapşırmışdım ki, onlar da bunun öhdəsindən gəldilər. Oyun epizodlarında bəzi boşluqlarımız var idi. Məncə, Qəbələdən bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədir".

 

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. 

Xəbər xətti