Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturniri davam edir. Bu gün ikinci turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı qrossmeysterlər - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbocun duelii sülhlə yekunlaşıb. Hazırkı dünya çempionu Maqnus Karlsen isə Vişvanatan Anandı məğlub edib.
"ShamkirChess 2019"
II tur
Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Liren Dinq (Çin) - Alekandr Qrişuk (Rusiya) - 1:0
Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya) - 0:1
İki turdan sonra Maqnus Karlsen, Dinq Liren və Sergey Karyakin 1,5 xalla zirvəyə şərikdi. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Veselin Topalov, David Navaranın 1 xalı var. Vişvanatan Anand, Alekandr Qrişuk, Aniş Giri 0,5 xala malikdi.
saytlarin hazirlanmasi