Elşad Əhmədov: "Futbolçular istəkli oynadılar"

18:59 - 7 Aprel 2019

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XXIII turunda evdə “Səbail” 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis öncə qələbəni şərh edib:

 

- Maraqlı oyun keçdi. Qol buraxmağımıza baxmayaraq, özümüzə gəldik. Uşaqlar istəkli oynadılar. Qalib gəldiyimizə görə sevinirik.

 

- Eltun Turabovu Şakir Seyidovla əvəzləmənizin səbəbi nə idi?

- “Səbail”lə oyunlarda həmişə qol buraxmışıq. Ona görə də mərkəz müdafiəçiləri ilə oyuna başlamışdıq. Lakin ilk dəqiqələrdə qol buraxdıq və dəyişiklik etmək qərarına gəldik. İnanıram ki, Şakir gələcək oyunlarda da bizə kömək edə biləcək.

 

- Qələbəyə görə mükafat nəzərdə tutulub?

- Bəli, rəhbərlik soyunub-geyinmə otağına daxil oldu və futbolçularımıı təbrik etdi. Mükafatın nə qədər olduğunu bilmirəm.

Xəbər xətti