"Qəbələ" "Trabzonspor"a qalib gəldi

00:04 - 8 Aprel 2019

Türkiyədə keçirilən ənənəvi "U12 İzmir Cup" beynəlxalq turnirinə yekun vurulub.

 

Sportal.az yarışda qüvvəsini sınayan “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası sonuncu gün iki qarşılaşmaya çıxıb. Qrup oyunlarından sonra final mərhələsinə vəsiqə qazana bilməyən Elnur İmanquliyevin baş məşqçisi olduğu komanda təsəlliverici matçlarda gücünü yoxlayıb.

 

“Qəbələ” Türkiyənin "Başakşəhər" klubu ilə qolsuz heç-heçə edib. "Trabzonspor"la görüşdə isə komandalar hərəyə bir qol vurublar. “Qırmızı-qaralar”ın heyətində Ömər Kərimov fərqlənib. Bu oyunun penaltilər seriyasında "Qəbələ" 5:4 hesablı qələbə qazanıb.

 

Turnirin qalibi isə “Mançester Siti” (İngiltərə) və PSV (Hollandiya) arasında oyunda müəyyənləşib. Böyük britaniyalılar qolsuz başa çatan matçın penaltilər seriyasında qələbə qazanıblar – 2:1. 3-cü yer uğrunda matçda isə İtaliya “Parma”sı Sloveniyanın “Olimpiya” klubunu 1:0 hesabı ilə məğlub edib.

Xəbər xətti