Azərbaycan millisi Serbiyaya qalib gəldi

00:00 - 16 Aprel 2019

Futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Zrenyanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşan komandamız fasiləyə Fineonun vurduğu qolla qalib yollanıb.

 

İkinci hissənin əvvəlində rəqib qapısını ikinci dəfə silkələyən komandamızın heyətində Conatan fərqlənib. Serbiya yığması 40 saniyə sonra qollardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb.

 

Bu komandalar arasında növbəti oyun aprelin 12-də, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.

 

Futzal, yoxlama oyunu

 

Serbiya – Azərbaycan 1:2

Qol: V.Vesiç, 21:43 – F. de Araujo, 04:57, S.Conatan, 21:05.
Hakimlər: Neboyşa Paniç, Vladan Raduloviç, Miloş Cakoviç.
Zrenyanin. “Kristal Zal”.

 

Serbiya: 12. Aleksa Antoniç (q), 3. Nikola Matijeviç, 4. Stefan Rakiç, 5. Vladan Vesiç, 11. Miloş Simiç (k), 23. Vladan Kolajiç (q), 2. Strahina Petrov, 6. Milan Mutavdziç, 7. Pavle Peşiç, 8. Aleksandr Pavloviç, 9. Yovan Lazareviç, 10. Veroljub Vukadinoviç, 14. Ninoslav Aleksiç, 15. Lazar Marinkoviç.

 

Baş məşqçi: Qoran İvançiç.

 

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 13. Kardosa Everton, 16. Sezar Conatan, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 14 Vitali Borisov (k), 17. İsa Atayev.

 

Baş məşqçi: Joze Alesio Da Silva.

Xəbər xətti