Rusiya mətbuatı Azərbaycan yığmasında oynayan milliləşənlərdən yazdı

13:13 - 16 Aprel 2019

Rusiyanın “Sportclub.ru” saytı Azərbaycan milli ilə bağlı yazı dərc edib.

 

Sportal.az xəbər verir ki, yazıda millinin heyətində legionerlərin çoxluğu qeyd edilib:

 

"Azərbaycanlı futbolçular texnikaları cəhətdən əla keyfiyyətlərə sahibdirlər. Azərbaycan dünyanın bir çox ölkəsindən futbolçu milliləşdirib.

 

Anton Krivotsyuk Ukraynada doğulub. Kiyevdə anadan olan müdafiəçi 17 yaşına kimi Ukraynada oynayıb. Mərkəz müdafiəçisi "Neftçi"yə qoşulandan sonra Azərbaycan millisində oynamağa qərar verdi.

 

Anton postsovet ölkəsindən olsa da, Riçard Almeyda braziliyalıdır. Yarımmüdafiəçi 7 il əvvəl Azərbaycana gəlib və bildirir ki, Bakıya aşiq olub. Riçard texniki keyfiyyətləri ilə diqqət çəkir. 6 il "Qarabağ"da üst performans nümayiş etdirən yarımmüdafiəçi ötən yay "Astana"ya yollandı. Lakin Azərbaycan torpaqları Riçardı öz yanına çəkdi və futbolçu "Qarabağ"a döndü.

 

Eddi Silvestr Paskual İsrafilov İspaniyda doğulan Anqola əsilli futbolçudur. Eddi "Milan"ın akademiyasında futbola başlayıb və 2010-cu ildə anası ilə birgə İspaniyaya qayıdıb. O, peşəkar karyerasına "Mursiya" klubunda başlayıb. İsrafilov hazırda "Alkorkon"da davamlı oynayır. Paskual Azərbaycan millisinə tez-tez dəvət almır. Anqola tərəfi Eddiylə təmasa keçməyib. Bu səbəbdən də Azərbaycan yığması onun üçün tək alternativ idi.

 

Ramil Şeydayev Rusiyada "Zenit" yetirməsidir. Ramil "Trabzonspor"a gedəndən sonra Azərbaycan vətəndaşlığını qəbul etməyə qərar verdi.

 

Rüfət Dadaşov Azərbaycanda doğulsa da, Almaniyada yetişib. Eddi Silvestr Paskual kimi Dadaşova da seçim üçün düşünməyə ehtiyac yox idi. Rüfət hələ də II Bundesliqa səviyyəsinə qalxmayıb. O, III Liqada "Proyssen"də oynayır.

 

Qazaxıstanda doğulan Dmitri Nazarov 5 il əvvəl Azərbaycan millisində oynamağa qərar verməklə vacib seçim etdi. 16 yaşından Almaniyada oynayan Nazarov özünü azərbaycanlıdan daha çox alman kimi hiss edir. O, millidə 35 oyuna 8 qol vurub".

 

Yazıda Ufuk Budakın da milliləşdirilməsi barədə məlumat verilib və onun Almaniya doğumlu türk olduğu vurğulanıb.

 

Azərbaycan futbolunun yetirməsi olan Araz Abduallayev barədə isə bunlar qeyd edilib: "Araz 8 il öncə ölkə mətbuatının gündəmində idi. Bakının "Neftçi" klubundan "Everton"a keçən yarımmüdafiəçinin karyerası İngiltərədə alınmadı. Abdullayev böyük karyera qura bilmədi. Millidə lider futbolçu olmasa da, ən önəmli adlardan biridir".

Xəbər xətti