Azərbaycan I Divizionunda 23-cü tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma reallaşıb.
"Turan Tovuz" evdə "Şüvəlan"a 0:1 hesabı ilə uduzub.
"Ağsu" səfərdə "Qaradağ Lökbatan"dan güclü olub - 2:1.
"Sabah-2" "Səbail-2"ni 4:1 hesabı ilə məğlub edib.
"Keşlə-2" "Zirə-2"ni əliboş yola salıb - 3:1.
"Qaradağ Lökbatan" - "Ağsu" - 1:2
Qollar: Emin Mehtiyev, 19 - Pilağa Mehtiyev, 53 (pen.), Nahid Zülfüqarov, 78
Qırmızı vərəqə: Xəyal Əmirli, 65 ("Qaradağ Lökbatan")
"Turan Tovuz" - "Şüvəlan" - 0:1
Qol: Məmməd Quliyev, 71 (pen.)
Qırmızı vərəqə: Eltay Tağıyev, 69 ("Turan Tovuz")
"Keşlə-2" - "Zirə-2" - 3:1
Qollar: Ülvi İbrahimov, 28, Qədir Bayramlı, 44, Nurlan Quliyev, 55 (pen.) - Müşfiq İlyasov, 46
"Sabah-2" - "Səbail-2" - 4:1
Qollar: Tacir Əlizadə, 4, 55, Ayxan Quluzadə, 73, 75 - Xəlil Bəşirov, 85
saytlarin hazirlanmasi