Futzal üzrə Azərbaycan milli komandası bu gün Serbiya ilə növbəti yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib. Borisov “Ekonomaç”la 2 dəfər Serbiya çempionu, bir o qədər də ölkə kubokunu qazanıb.
Oyuna gəldikdə, bir gün əvvəl keçirilmiş qarşılaşmada Vitali Borisov və Everton Kardoso zədələndiyi üçün ikinci dueldə meydana çıxmayıb. Matç rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Fasiləyə qədər 4 cavabsız qol vuran meydan sahibləri ikinci hissənin gedişində hesabı artırsa da, ruhdan düşməyən futzalçılarımız fərqi 2 topa qədər endirməyi bacarıb. Yeri gəlmişkən, millimiz ikinci hissəni böyük ölçüdə 5 meydan oyunçusu ilə keçirib. Bu funksiyanı Ramiz Çovdarov yerinə yetirib.
Qeyd edək ki, bu komandalar arasında dünən keçirilmiş ilk oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanıb.
Yoxlama oyunu
16 aprel
Serbiya – Azərbaycan 7:5
Qollar: S. Petrov, 0:35, 12:20, S. Rakiç, 16:38, V. Vukadinoviç, 17:47, V. Vesiç, 21:50, 22:20, Aleksa Antoniç, 23:28 – T. Thaqo, 20:57, 31:17, İ. Atayev, 29:45, F. de Araujo, 34:51, R. Çovdarov, 36:53.
Hakimlər: Vladan Raduloviç, Boyan Antoniç, Vladimir Yovanoviç.
Pozarevac. İdman Mərkəzi. Saat 20:00.
Serbiya: 12. Aleksa Antoniç (q), 2. Strahina Petrov, 4. Stefan Rakiç, 5. Vladan Vesiç, 11. Miloş Simiç (k), 23. Vladan Kolajiç (q), 3. Nikola Matijeviç, 6. Milan Mutavdziç, 7. Pavle Peşiç, 8. Aleksandr Pavloviç, 9. Yovan Lazareviç, 10. Veroljub Vukadinoviç, 14. Ninoslav Aleksiç, 15. Lazar Marinkoviç.
Baş məşqçi: Qoran İvançiç.
Azərbaycan: 1. Emin Kürdov (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 7. Ramiz Çovdarov, 16. Sezar Conatan, 12. Rövşən Hüseynli (q, k), 2. Samir Həmzəyev, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Kardosa Everton, 14 Vitali Borisov, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio Da Silva.
saytlarin hazirlanmasi