Almaniyalı məşqçi Mixael Skibbenin yeni iş yeri bəlli olub.
Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis ölkəsində çalışacaq. Skibbe Dortmundun "Borussiya" klubunun akademiyasına nəzarət edəcək. Klub saytının yaydığı məlumata görə, təcrübəli mütəxəssis U-19 komandasının baş məşqçisi təyin edilib. Skibbe iyulun 1-dən işinə başlayacaq.
Qeyd edək ki, alman çalışdırıcının son iş yeri Yunanıstan yığması olub. Skibbe 1989-2000-ci illərdə "Borussiya"da işləyib.
saytlarin hazirlanmasi