Xəstəxanalıq olaq "Keşlə"nin futbolçusu durumu ilə bağlı açıqlama verdi

19:25 - 19 Aprel 2019

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"la səfər görüşündə ciddi xəsarət alan "Keşlə"nin qapıçısı Şahin Zəkiyev sosial şəbəkə hesabında durumu ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı əlcək sahibi səhhətinin yaxşılığı doğru getdiyini qeyd edib:

 

"Qardaşlar, Allah hamınızdan razı olsun. Hər birinizə minnətdaram, şükürlər olsun, hər şey qaydasındadır. Yaxşılığa doğru gedirəm. Yanıma gələnlər, zəng edənlər, mesaj yazanlar, inanın ki, məni çox sevindirdiniz. Bir daha hər kəsə təşəkkür edirəm. Cavab verə bilmədiyim insanlar üzrlü hesab etsinlər, çünki gözlədiyimdən də artıq mesaj gəldi. Həm də gözümdə olan problemə görə yaza bilmirəm. Bacardığım qədər hər kəsə cavab vermək istəyirəm. Bir daha çox sağ olun!"

 

Zəkiyev 18-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mahir Mədətovla toqquşma zamanı ciddi zədələnib. Dərhal xəstəxanaya çatdırılan Şahinin burnunda və almacıq sümüyündə sınıq aşkar edilib.

 

Image may contain: 1 person, beard and closeup

Xəbər xətti