Ardıcıl 4-cü yarımfinal: "Qarabağ"la 52-ci oyun

18:02 - 21 Aprel 2019

Aprelin 23-də Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək. Finala vəsiqə uğrunda dueldə “Qarabağ”la üz-üzə gələcək “Qəbələ” ilk oyununu evdə keçirəcək.

 

Sportal.az xəbər verir ki, tarixində 7-ci dəfə yarımfinalda mübarizə aparan “qırmızı-qaralar” üç mövsümdə - bu mərhələni uğurla adlayıb. Ardıcıl 4-cü dəfə yarımfinal oynayacaq komandamız son iki mövsümdə finala yüksəlməyə nail olub.

 

Ağdam təmsilçisi ilə iki gün sonra keçiriləcək matç rəqiblər arasında 52-ci duel olacaq. 11 dəfə qalib gələn “Qəbələ” 17 heç-heçə edib və 23 dəfə uduzub. Rəqib qapısına 45 qol vuran komandamız 66 top buraxıb. Əvvəlki 51 oyundan 44-ü Premyer Liqa çərçivəsində keçirilibsə, 7-sisi Azərbaycan kubokuna təsadüf edib. 4 dəfə yolları kəsişən rəqiblər 1/4 finalda üç, finalda bir dəfə mübarizə aparıblar. Bu 7 matçdan beşində heç-heçə qeydə alınıb. Hərəyə bir qələbə qazanan komandaların kubok mübarizəsində “Qəbələ” 5, “Qarabağ” 6 qol vurub. Qəbələdəki üç matçın hamısında heç-heçə qeydə alınıb.

 

Xatırladaq ki, aprelin 23-də keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 16:00-da başlayacaq.

Xəbər xətti