"Başakşəhər" 90+6-cı dəqiqədə məğlubiyyətdən qaçdı - VİDEO

21:39 - 21 Aprel 2019

Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Başakşəhər" evdə "Çaykur Rizəspor"la 1:1 hesablı heç-heçə edib.

 

Super Liqada turnir cədvəlinə 62 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 59 xalla 2-ci, "Beşiktaş" 53 xalla 3-cü, "Trabzonspor" 52 xalla 4-cüdür. 38 xalı olan "Rizəspor" 7-ci sırada qərarlaşıb.

 

"Başakşəhər" - "Rizəspor" - 1:1

Qollar: Edin Vişça, 90+6 (pen.) - Vedat Muriç, 62

 

Xəbər xətti