Azərbaycan Premyer Liqasında IV turun "Sabah" - "Qəbələ" (0:1) matçından sonra təşçil edilən mətbuat konfransında "qırmızı-qaralar"ın müvəqqəti baş məşqçisi Elmar Baxşıyev jurnalistləsin suallaını cavabıandırıb.
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Çətin oyun olacağını bilirdik. Güclü futbolçuları olan komandaya qarşı oynadıq. Millilərin oyunları ilə əlaqədar fasilə zamanı vaxtımız oldu. Komandanın psixoloji durumunu düzəltməyə çalışdıq. Bu gün də bunun bəhrəsini gördük.
- Qısa müddətdə nə dəyişdi?
- Əsas yanaşma. Çalışdıq ki, əvvəlki oyunları unudub, sıfırdan başlayaq. İnandırdıq ki, biz heç kimdən zəif deyilik.
- Bu uğurlu nəticəni tez-tez təkrarlamaq mümkün olacaqmı?
- Komanda məşqlərdə özünü yaxşı göstərirdi. "Sumqayıt"la yoxlama oyununda da yaxşı çıxış etdik. Davamını bu gün gətirdik.
- Sənan Qurbanovun vaxtında bunları niyə etmək olmurdu?
- Mən Sənan Qurbanovun köməkçisi olmuşam. Uzun illər onunla birlikdə olmuşuq. Ona hörmətim böyükdü. Mənim də uğurlu olacağım qaranti deyil. Çalışdıq, uşaqları inandıraq ki, heç kimdən zəif deyilik. Qələbənin sahibi komandadı.