"Neftçi" azarkeşləri yenə istefa tələb etdi

20:48 - 22 Sentyabr 2019

"Neftçi"nin bir qrup azarkeşi Premyer Liqanın V turunda "Keşlə" ilə matçdan sonra klub prezidenti Kamran Quliyev və baş məşqçi Roberto Bordinin istefaya səsləyib.

 

Sportal.az xəbər verir ki, "Keşlə" ilə bacarmayan "ağ-qaralar"ın fanatları ikinci hissənin ortalarından sona qədər istefa şüarlarını səsləndirib. Oyunun sonlarına yaxın "Kamran istefa" şüarları da eşidilib.

 

"Neftçi"nin azarkeşləri Premyer Liqanın ilk turundan etiraz edir, istefa tələb edirlər. "Forza Neftçi" I turda "Sabah"la oyundan sonra tribunadan çəkilib.

 

"Neftçi" 5 turdan sonra 5 xal toplayıb.

Xəbər xətti