PSJ-nin hücumçusu Mauro İkardi "İnter"dən ayrılmasının səbəini açıqlayıb.
Sportal.az "France Football"a istinadən xəbər verir ki, argentinalı hücumçu kuboklar qazanmaq istədiyi üçün Paris klubuna gəldiyini deyib:
"İnter"də 7 il oynadım və heç nə qazanmadım. Titul qazanan kluba getmək vaxtının çatdığını hiss etmişdim. PSJ möhtəşəm futbolçulara sahib klubdur. Artıq titullar qazanacağım yerdəyəm. PSJ məni satın alma şərti ilə icarəyə götürüb. Bu mövsüm əlimdən gələni edəcəm. Gələn yay nələr olacağını görəcəyik".
İkardi həyat yoldaşı və agenti Vanda Nara ilə tanış olmaları barədə bunları söyləyib: "Keçmiş komanda yoldaşım Maksi Lopesin həyat yoldaşı ilə evlənməyimin normal olmadığını qəbul edirəm. Ancaq biz bir-birimizə aşiq olduq. Aşiq olduğumuz insanları seçmirik".
saytlarin hazirlanmasi