Şahmat üzrə Azərbaycan millisinin kapitanı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun 1/8 finalında komanda yoldaşını Teymur Rəcəbova məğlubiyyətini şərh edib.
Sportal.az xəbər verir ki, Şəhriyar öz çıxışını futbol üzrə Hollandiya millisinin oyununa bənzədib:
“Əlbəttə, son oyunda ilk gedişin əvəzinə "h6" etsəydim, qələbə qazanacaqdım. Bu, birinci görüşdə də uduş idi. Əsas odur ki, gözəl şanslarım vardı. İstifadə edə bilmədim. Amma taleyim və qismətimdən şikayətçi deyiləm. Çünki mənə şans verildi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, inamlı çıxışı davam edəcək.
Özümə isə gələcəkdəki yarışlarda diqqətli olmağı arzulayıram. Artıq sevimli ailəmin, böyümüş oğlumun yanında olacağıma sevinirəm. Çempion olmaq bizim də qismətimizdə var. Bu gün deyil, sabah olsun. İnşallah, gözəl geridönüş edəcəyəm.
Mən futbol üzrə Hollandiya yığmasına bənzəyirəm. Onlar kimi gözəl oynayıb, məğlub oluram. Sadəcə, əziyyətimə heyfsilənirəm. Çox gözəl oynamışdım, amma qapıda Canluici Buffon dayanmışdı”.
Dünya Kubokunun 1/8 final mərhələsində əsas matçları heç-heçə oynayan qrossmeysterlər qalibi tay-brekdə müəyyənləşdiriblər. Yekunda 3,5:2,5 hesabı ilə qalib gələn Rəcəbov 1/4 finala yüksəlib. O, bu mərhələdə amerikalı Ceffri Şonqla üz-üzə gələcək.
saytlarin hazirlanmasi