Rusiya voleybolunun əfsanəsi Yekaterina Qamova 38 yaşında ilk dəfə ana olub.
Sportal.az xəbər verir ki, 2012-ci ildə məşhur kinooperator-prodüser Mixail Mukaseylə ailə quran Qamova oğlan uşağı dünyaya gətirib.
Boyu 2,03 metr olan Qamova iki dəfə dünya və Avropa çempionu olub. O, Rusiya millisinin heyətində iki dəfə Olimpiya Oyunlarının gümüş mükafatını qazanıb. 2016-cı ildə "Dinamo Kazan"da karyerasını başa vuran Qamova voleybol məktəbi açıb.
saytlarin hazirlanmasi