Azərbaycanlı hakim "Dinamo" - "Şkendiya" oyununu idarə edəcək

14:57 - 26 Sentyabr 2019

FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.
 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, referi oktyabrın 2-də, Kiyev şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Dinamo” (Kiyev, Ukrayna) – “Şkendiya” (Şimali Makedoniya) oyununun baş hakimi olacaq.

 

Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcək.

 

Xəbər xətti