"Neftçi"də uğursuz nəticələrə görə toplantı

17:01 - 26 Sentyabr 2019

Bu gün “Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin inzibati binasında baş tutan görüşdə şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə ediblər, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıblar.

 

Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara A komandanın son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub.

 

Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər. Komandaya qarşıdakı turlarda uğurlar arzulayıblar.

Xəbər xətti